Azərbaycanda ən çox hansı yaşda olan qadınlar uşaq dünyaya gətirir?

 

Azərbaycanda doğum səviyyəsi son beş ildə aşağı düşüb.

 

Oxu.Az statistik göstəricilərə istinadən xəbər verir ki, ölkədə 2013-cü ildə 172 min 671, 2014-cü ildə 170 min 503, 2015-ci ildə 166 min 210 uşaq dünyaya gəlib.

2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə isə 138 min 982 uşaq doğulub.

Azərbaycanda 20-24 yaş arasında olan qadınlar daha çox uşaq dünyaya gətirir. 2013-cü ildə 20-24 yaş arasında olan qadınlar 71 min 789, 2014-cü ildə 70 min 312, 2015-ci ildə 67 min 807, 2016-cı ildə 63 min 779, 2017-ci ildə 55 min 506, 2018-ci ildə isə 52 min 417 uşaq dünyaya gətiriblər.

50 və 50 yaşdan yuxarı qadınlar isə ən az uşaq dünyaya gətirirlər. Müvafiq illərdə 50 və 50 yaşdan yuxarı qadınlar  tərəfindən 46, 31, 38, 29, 13, və 22 uşaq doğulub.