Tramp iki ən təhlükəli İŞİD cəlladını Suriyadan çıxartdı

ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının “Bitlz” adlı cəlladlar qrupundan 2 terrorçunun Suriyadan aparıldığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.

“Kürdlərin və ya Türkiyənin nəzarəti itirməsi ehtimalını nəzərə alaraq, ABŞ artıq 2 İŞİD döyüşçüsünü buradan çıxarıb və ABŞ nəzarətindəki əraziyə aparıb. Onlar pisin pisidir!” – Tramp bildirib.