Bakıda etiraz: polis hərəkəti məhdudlaşdırdı – Video

Milli Şura Bakıda razılaşdırılmış piket keçirib.

 

Bizimyol.info xəbər verir ki, piketdə Milli Şuraya aksiya keçirilməsi üçün şəhərin mərkəzi ərazilərində yer verilməsi tələb edilib.

Piket razılaşdırılmış ərazidən kənarda aksiya keçirmək cəhdinə polis imkan verməyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) oktyabrın 3-də Milli Şuranın piketlə bağlı müraciətinə baxıb və piketin keçirilməsinə etiraz etməyib.

Qeyd edək ki, Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina edib.

İcra Hakimiyyəti 28 sentyabr mitinqinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində razılıq verib.

.

.

bizimyol