Makqreqor Həbibi döyüşə çağırdı

 

İrlandiyalı döyüşçü Konor Makqreqor Tvitter hesabında rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədova ünvanlanmış tvit yazıb.

 

Oxuyaq.az qol.az-a istinadən xəbər verir ki, Nurməhəmmədovla döyüşündən qısa bir hissə paylaşan Makqreqor videoya “Gəl Moskvada rəqs edək” şərhini yazıb.

Qeyd edək ki, döyüşçülərin ən son görüşü 1 il əvvəl olub. Həmin görüşdə Nurməhəmmədov Makqreqora qalib gəlib.