Qaxda partlayış olub-oxuyaq.az

SON DƏQİQƏ: Qaxda partlayış olub – Çox sayda yaralı var

 

Qaxda partlayış olub.

 

Oxuyaq.az apa.az-a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Partlayış nəticəsində 5 nəfər rayon sakini xəsarət alıb. Xəsarət alanlar – 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qazıntı işləri aparılan zaman baş verib.