Erkən ölümün əlamətləri açıqlandı

ABŞ-ın Con Hopkins Universiteti, Xalq Sağlamlığı və İctimai Səhiyyə Məktəbinin alimləri, uzunmüddətli fiziki fəaliyyətdən tez-tez və qısa məşqlərə keçidin, vaxtından əvvəl ölüm riskinin artmasının əlaməti hesab edilə biləcəyinə dair nəticəyə gəldilər. Bu haqda “MedicalXpress” agentliyi xəbər verib.

“Deyerler.org”un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, uzunmüddətli araşdırmada 548 ahıl insan iştirak etmişdir. Onların idman fəaliyyəti 2007-2015-ci illər arası müddətdə nəzarətdə olub.

Mütəxəssislər, fiziki fəaliyyətin ümumi səviyyəsi ilə ölüm arasında heç bir əlaqə tapmamışdır, lakin uzun məşqləri qısa müddətə parçalamaq qaçılmaz xəstəliklərə səbəb ola biəcəyi haqda fikirlər söylədi.

Tədqiq olunan 548 iştirakçıdan 487 nəfəri 2017-ci ilin sonunda sağ idi, 61 nəfər isə dünyasını dəyişmirdir. Sağ qalanlar gündə orta hesabla 5.7 saat, ölənlər 4.7 saat məşqlər edirdi.

Lakin yaş, cins, irq, bədən kütləsi indeksi və yoluxucu xəstəliklər daxil olmaqla yanaşı, əlavə amillər nəzərə alındıqda, aşkar edilən fərq o qədər də əhəmiyyət kəsb etməyib.

Eyni zamanda, fiziki fəaliyyətin parçalanma səviyyəsinin 10% artması ölüm səviyyəsini 49% artırmışdır. Bundan əlavə, beş dəqiqədən az davam edən qısa məşqlərin hər 10% ölüm riskini 28% artırdı. 10 dəqiqədən çox davam edən fiziki fəaliyyət, əksinə, ölüm hallarının azalmasına səbəb olmuşdu.