“Dastan” brendinin Şəki və Qarabağ kolleksiyalarının təqdimatı olacaq

 

Oktyabrın 2-də Ədibin Evi yaradıcılıq Mərkəzində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Dastan” brendinin Şəki və Qarabağ kolleksiyalarının təqdimatı keçiriləcək.

 

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin mədəni proqramına “Muğam” trionun və Əməkdar artist Tünzalə Ağayevanın ifaları daxildir. Həmçinin, gələn qonaqlar brendin istehsal etdiyi keramika, batika, zərgərlik və taxta sənətinə aid məhsullarla tanış olacaqlar.