General Haftarın ordusu Liviya səhrasında Türkiyənin 3 PUA-sını vurduğunu iddia edib

 

General Xəlifə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusu” ölkə səhrasında Türkiyənin 3 pilotsuz təyyarəsini vurub saldığını bildirib.

 

Oxuyaq.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə “Liviya Milli Ordusu”nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 3 ədəd Türkiyə pilotsuz təyyarəsi ölkə səhrasında yerləşən əl-Cəfra qərargahına aviazərbə endirməyə çalışıb, lakin onlar vurularaq salınıb.

Liviya paytaxtı və ətraf bölgələri nəzarətdə saxlayan “Milli Barışıq Hökuməti”, eləcə də Türkiyə tərəfi bu iddialara münasibət bildirməyib.

Qeyd edək ki, general Xəlifə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusu” Türkiyəni Liviyada “silahlı birləşmələr”ə hərbi dəstək verməkdə ittihamlandırır.  “Liviya Milli Ordusu” iki ay öncə bəyanat yayaraq, ölkə hava məkanı və sularına daxil olan Türkiyə təyyarə və gəmilərini hədəfə alacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir