Yeni Zelandiya qeyri-adi memarlığa malik məscid inşa ediləcək

Yaxın vaxtlarda Yeni Zelandiyada yerli xalqların mədəniyyətinə uyğun qeyri-adi memarlığa malik məscidin inşasına başlanılacaq. 
Oxuyaq.az Maide.Az-a istinadla xəbər verir ki, orijinal müsəlman məbədi Palmerston-Nort şəhərində tikiləcək.
Qeyd olunur ki, artıq uzun müddətdir dindarlar yerli məscidə sığışmır, xüsusilə də cümə günləri. Qeyd edək ki, Yeni Zelandiyadakı Kraystçerç məscidlərində baş verən teraktlardan sonra müsəlmanlığı qəbul edənlərin sayının kəskin artması ilə vəziyyət daha da mürəkkəbləşib.
Yeni məscidin dizaynının yerli Maori mədəniyyətinə xas xüsusiyyətlərdə olacağı planlaşdırılır, belə ki, müsəlmanlığı yeni qəbul edənlərin çoxu bu millətin nümayəndəsidir.
Tikintinin ilkin dəyəri 4 milyon dollardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir