İsrail baş naziri raket zərbələrinə görə toplantı zalını dərhal tərk edib

 

İsrail baş naziri Benyamin Netanyahu ötən gün Aşdod şəhərində çıxış edərkən raket zərbələrinə görə zalı təcili tərk etməli olub.

 

Oxuyaq.az bu barədə SalamNews-a istinadla xəbər verir.

Bildirilib ki, ötən gün Aşdod şəhərində Knesset seçkiləri öncəsi təbliğat kompaniyası çərçivəsində çıxış edən İsrail baş naziri fələstinlilərin raket atəşinə görə dərhal zalı tərk edib.

İsrailin “13-cü Telekanal”ı İsrail baş naziri Benyamin Netanyahunun  Likud partiyasının zalını dərhal tərk etməsinin görüntülərini yayımlayıb.

İsrail mənbələri raketlərin Qəzzadan atıldığını və havadan müdafiə sistemlərinin işə düşdüyünü bildiriblər.

Qeyd edək ki, B.Netanyahu cari ayda keçiriləcək Knesset seçkiləri öncəsi səsləri əldə etmək üçün fələstinlilərə, onların ərazilərinə, İrana və onunla müttəfiq dövlətlər və hərəkatlara qarşı sərt çıxışlar və addımlara əl atıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir