Bu gündən Azərbaycanda minimum əməkhaqqı artıb

 

Sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı artıb.

 

Oxuyaq.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən minimum əməkhaqqı 250 manat məbləğində müəyyən edilib. Artım 950 minədək vətəndaşı əhatə edəcək.

Qeyd edək ki, minimum aylıq əməkhaqqı indiyədək 180 manat idi.

 

AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir