Separatçılar Yəmənin müvəqqəti paytaxtı Ədəni nəzarətdə saxladıqlarını bildiriblər

Yəməndə separatçı qüvvələr kimi tanınan “Cənubun Keçid Şurası” müvəqqəti paytaxt Ədən şəhərini nəzarətdə saxladığını bildiriblər.

Oxuyaq.az SalamNews-aistinadla xəbər verir ki, Yəməndə separatçı qüvvələr kimi tanınan “Cənubun Keçid Şurası” Ədən şəhərinin hökumət qüvvələrinin nəzarətinə keçməsini təkzib edib və şəhərin nəzarətdə olduğunu bildirib.

“Cənubun Keçid Şurası” müvəqqəti paytaxt Ədəndə 72 saat komandant saatının tətbiq edildiyini bildirib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanın hərbi koalisiyasının dəstək verdiyi Yəmən hökuməti Ədən şəhərinin hava limanını, mərkəzdə yerləşən hökumət binalarını separatçı “Cənubun Keçid Şurası”nın dəstəklədiyi qüvvələrdən geri aldğını bildirib.

Əl-Ərəbiyyə telekanalı bəyan edib ki, şəhərdə tərəflər arasında döyüşlər davam edir və Yəmən hökuməti qüvvələri müvəqqəti paytaxtı tam nəzarətə götürmək üçün əlavə qüvvələr cəlb edib.

Xatırladaq ki, Yəmən hökuməti qüvvələri Şəbva əyalətini və Əbyən əyalətinin inzibati mərkəzi Zəncəbar şəhərini azad edildikdən sonra Ədənə da daxil olublar.

Separatçı “Cənubun Keçid Şurası”nın qüvvələri iki həftə öncə müvəqqəti hökumətin mərkəzi qərargahlarının yerləşdiyi Ədəni nəzarətə götürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir