Türkiyə suriyalı qaçqınlara sərt xəbərdarlıq edib

 

Türkiyə Təhlükəsizlik Qüvvələri Suriyadan olan qaçqınların İstanbuldan deportasiya olunmalarına etiraz olaraq mitinq keçirmələrinə icazə verməyəcək.

 

Oxuyaq.az İnterAz-a istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. Nazir bildirib ki, suriyalı qaçqınlar Türkiyənin qanunlarına hörmətlə yanaşmalıdırlar.

Qeyd edək ki, ötən gün suriyalı qaçqınlar İstanbuldan çıxarılaraq qeydiyyat yerlərinə qaytarılmalarına etiraz olaraq mitinq keçirəcəkləri barədə fikirlər səsələndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir