Bəhreyndə yüzlərlə fəalın vətəndaşlığı ləğv edildi

 

Oxuyaq.az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Bəhreyn İnsan Haqları Mərkəzi ölkədə vətəndaşlıqları ləğv olunanlarla bağlı bəyanatla çıxış edib.

Bəyanatda vurğulanıb ki, bu ilin ilk 6 ayı ərzində 334 nəfər vətəndaşlıqdan xaric olunub. “Sözügedən şəxslərin 90 faizi siyasi və ictimai fəallardır”, – deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, 23-ü uşaq olmaqla 261 nəfər də qanunsuz olaraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir