Əfqanıstanda məsciddə partlayış nəticəsində ən azı 20 nəfər xəsarət alıb

 

Əfqanıstanın cənub-qərbində yerləşən Qəzni vilayətində məsciddə törədilən partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

 

Oxuyaq.az İnterAz-a istinadən xəbər bu barədə “Pajhwok” agentliyi məlumat yayıb. Qeyd olunub ki, hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Hələ ki, regionda fəaliyyət göstərən terrorçu qruplaşmalarin heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir