Canlı kərtənkələ yeyən oğlan 10 gün sonra öldü

Avstraliyada mərc gələrək canlı kərtənkələ yeyən 34 yaşlı kişi 10 gün sonra dünyasını dəyişib.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə Brisben şəhərində olub. Devid Douell adlı şəxs əyləncə gecəsindən sonra sərxoş halda sürünəni yeyib. Vəziyyəti pisləşən Douelldə qusma və ishal başlayıb. Dərhal xəstəxanaya çatdırılan gəncə salmonellez zəhərlənməsi diaqnozu qoyulub.

Bir neçə gün sonra Devidin bədəni şişməyə və ağciyərlərinə su yığılmağa başlayıb. Həkimlər onu süni komaya salsalar da, oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Devidin ölümünə səbəb kərtənkələnin bədənindəki salmonella bakteriyasının ona yoluxmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir