Prezidenti G 20-yə müşayət edən təyyarədən 29 kq kokain tapıldı

 

Braziliya prezidentinin təyyarəsindən 29 kiloqram kokain tapılması xəbəri dünyaya səs salıb.

 

ABŞ mətbuatının verdiyi xəbərə görə, Braziliya Müdafiə Nazirliyi bəyanatında narkotika G 20 sammitin keçirildiyi Yaponiyanın Osaka şəhərinə uçan  təyyarə tranzit kimi İspaniyanın Seviliya şəhərinə eniş edən zaman tapıldığı deyilir.

 

Baş vermiş hadisə ilə əlaqədar 38 yaşlı serjant Manuel Silva Rodriges saxlanılıb. Öz karyerası müddətində o üç Braziliya prezidentini 29 beynəlxalq səfərdə müşayət edib. Bu dəfə də Braziliya prezidenti Bolsonarunu Osakadan dönərkən müşayət etməli olacaq ekipajın tərkibində olub.

 

İspaniya polisindəki mənbələr danışırlar ki, Rodriges təyyarədən əlində baqajla çıxıb. Baqaj yoxlanarkən 37 bükülü kokain aşkar edilib.

 

Braziliyanın vitse-prezidenti Amilton Mouran deyib ki, saxlanılan serjant peşəkar narkokuryer olub.

Xatırladaq ki, “Böyük iyirmilik” ölkələrinin bu gün və sabah 29 iyunda Yaponiyanın kurort şəhəri olan Osakada sammiti keçiriləcək. Sammitdə RF prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın ikitərəfli görüşü gözlənilir.

 

demokrat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir