Trampdan İranla bağlı açıqlama: “General dedi ki, 150 nəfər öləcək”

ABŞ prezidenti Donald Tramp ötən gün İrana hücumu dayandırdığını açıqlayıb.

 

Oxuyaq.az xəbər verir ki, Tramp bu barədə “Twitter” mikrobloqunda yazıb. Onun sözlərinə görə, ötən gün İran ABŞ-a məxsus pilotsuz kəşfiyyat aparatını vurandan sonra bu ölkəyə hücum əmri verib, lakin 10 dəqiqə qalmış hücumu dayandırıb. Donald Tramp həmçinin İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini və bu ölkənin heç vaxt nüvə silahına sahib olmayacağını bildirib:

Tramp bildirib ki, əməliyyatı başlamasına 10 dəqiqə qalmış dayandırıb: “Bazar ertəsi günü İran beynəlxalq sularda PUA-mızı vurdu. Dünən gecəyə planlaşdırılan hücum zamanı 3 fərqli obyekt hədəf olacaqdı. Generalların birindən “Nə qədər insan öləcək” deyə soruşdum. Biri dedi ki, 150 nəfər həlak olacaq. Hücuma 10 dəqiqə qalmış onu dayandırdım. İran məsələsində tələsmirəm. Dünən gecədən etibarən daha çox sanksiya tətbiq etməyə başlamışıq. İran heç bir zaman nüvə silahına sahib ola bilməyəcək”.

 

Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir