Qəzza sektorunda toqquşmalarda 70 fələstinli xəsarət alıb

 

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda 70 fələstinli xəsarət alıb.

 

Oxuyaq.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf-əl-Kidr bildirib.

O, qeyd edib ki, toqquşmalarda həmçinin təcili yardımın 2 əməkdaşı da xəsarət alıb.

VAFA agentliyin məlumatına görə, İsrail hərbçiləri etirazçılara qarşı döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir