Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyat planları ilə bağlı açıqlama verəcəyinə söz verib

 

ABŞ prezidenti Donald Tramp, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar planlaşdırıb-planlaşdırmadığını tez bir zamanda elan edəcəyinə söz verib. Bu barədə “ABC News” telekanalı xəbər verib.

 

“Tezliklə öyrənəcəksiniz”, -Tramp jurnalistin sualına cavab olaraq bildirib.

Oxuyaq.az SalamNews-a istinadən xəbər verir ki, o eyni zamanda bildirib ki, İran bəlkə də ABŞ pilotsuz aparatını istəyərək vurmayıb.

“Məndə belə bir hiss var ki, bu səhvən baş verib. Mən haqlı da ola bilərəm, haqsız da”, deyə o, Ağ Evdəki jurnalistlərə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir