Putindən Paşinyana qarşı öldürücü həmlə: Qarabağ… – Bir saatlıq qapalı görüşün şifrəsi

 

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşünün mənası odur ki, Kreml əvvəlkitək baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajını verir”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, rus səfir Kremlin təlimatını yerinə yetirib: “Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri, adətən, müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb, REAL Hərəkatının və ya Müsavat Partiyasının ofisinə gedib bu siyasi qurumların liderləri ilə fikir mübadiləsi aparıb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Koçaryanın ofisində 1 saat onunla fikir mübadiləsi aparır”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən biri olan Robert Koçaryan Kreml üçün əziz siyasətçidir: “Belə olmasaydı, Rusiya prezidenti Vladimir Putin neçə ay əvvəl həbsxanada olan Koçaryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı. Baş nazir Rusiya səfirinin Koçaryanla budəfəki görüşünə də sussa, demək ki, dəhşətli dərəcədə Kremldən çəkinir. Elə Koçaryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir. Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan Qarabağ klanı + Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır. O ki qaldı bizə, Koçaryana dəstək verən zeyniyyət heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməz”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ötən gün Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşüb. Koçaryanın mətbuat katibi Viktor Soqomonyan görüşün Koçaryanın ofisində baş tutduğunu bildirib. Soqomonyan görüşün təkbətək keçirildiyini və bir saat davam etdiyini söyləyib.

(vətəninfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir