Bakının mərkəzində BİABIRÇILIQ – Oğlan qızı parkda… – VİDEO

 

Bu tükürpədici kadrlar Bakının mərkəzində yerləşən “Qış parkı” adlanan ərazidə çəkiib.

Milli.Az-a göndərilən kadrlarda gənc qız ilə sevgilisi olduğu güman edilən oğlanın avtomobil yolunun kənarında davaları əks olunub. Qızla oğlanın dəqiqələrlə bir-birinin saçını yolması, yumruqlaması, söyüş səhnəsi yoldan keçən sürücülərin də diqqətindən qaçmayıb.

Hadisənin şahidi olan vətəndaşlar oğlanın qızı döyməsinə mane olmaq üçün qaydaları pozmaq bahasına da olsa yolun o tayına keçiblər. Lakin onların da müdaxiləsi nəticə verməyib.

Həmin yerdən uzaqlaşan qızla oğlan yenidən bir-birinə təhqiramiz ifadələr işlədərək zorakı hərəkətləri ilə diqqət mərkəzinə düşüblər. Bu dəfə yoldan ötən tanınmış sima gənclərin bu biabırçılığına müdaxilə etmək istəyib. Müğənni Pərvin Lətifov idarə etdiyi avtomobili onların yanında saxlayaraq aranı sakitləşdirməyə çalışsa da cəhdi nəticəsiz qalıb.

Bu da sevgililərin dava videosu:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir