Hacı Şahin: Xürafatla mübarizə apararkən diqqətli olmalıyıq ki, heç kim bu adla dəyərlərimizi hədəfə almasın

 

Bəzilərinin məlum mövzunu süni şəkildə qabartması ilə əlaqədar son dəfə mövzuya toxunmaq istəyirəm. Bir dəfə çıxışımda bildirmişdim ki, bu tip məsələlər dövlət təhlükəsizliyi məsələsidir, yenə də öz fikrimdə qalıram“.

Oxuyaq.az SalamNews-a istinadən xəbər verir ki, bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli Gədəbəy rayonundakı ziyarətgahda yaşanan hadisələrə münasibət bildirib. Qeyd edək ki, bu hadisələr xalqın ənənəvi inanclarını hədəfə alan bəzi çıxışlara rəvac verib. İlahiyyatçı davam edib:

“Bəli, xürafat ən kəskin və birmənalı şəkildə qınanmalıdır. Uzun illərdir bu istiqamətdə biz də fəaliyyət göstəririk. Amma xürafatla mübarizə apararkən diqqətli olmalıyıq ki, heç kim bu adla dəyərlərimizi hədəfə almasın”.

İlahiyyatçının sözlərinə görə, övliyaların ziyarəti sıradan bir mövzu deyil, xalqımızın dinə münasibətinin özünəməxsus təzahürüdür: “Bu yanaşma insanlara mərhəmət hissi aşılayan, onları sərt ehkamçı təfəkkürdən qoruyan bir yanaşmadır”.

Hacı Şahin Həsənli ənənəvi inanca qarşı sərt çıxışların milli təhlükəsizlik məsələsi olduğuna işarə edərək qeyd edib:

“Bir daha vurğulamaq istəyirəm ki, ziyarətgahları hədəfə alan, sərt ehkamçılığı təbliğ edən təkfirçi zehniyyətin təhlükəsi heç də bu xürafatçı zehniyyətdən az deyil ki, çoxdur. Bu zehniyyət bütöv ölkələri vətəndaş qarşıdurmasına sürükləyərək viran qoyub, yüz minlərlə günahsız insanı qətlə yetirib və öz çürük ideyalarını bütün islam coğrafiyasına yaymağa cəhd göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir