Sudandakı ölən nümayişçilərin sayı 108-ə çatıb

 

Sudanın paytaxtı Xartumda keçirilən etiraz çıxırşlarına güc tətbiqi nəticəsində 108 nəfər iştirakçı ölüb, 500-dən çox dinc aksiyaçı yaralanıb.

 

Oxuyaq.az İnterAz-a istinadən xəbər verir ki, bu barədə müxalifətdə olan Sudan həkimlər komitəsi “Facebook” səhifəsində yazıb.

Sudanın Səhiyyə Nazirliyi isə 46 aksiyaçının öldürülüdüyü barədə məlumat yayıb.

Bildirilib ki, 40 aksiya iştirakçısının meyiti Nil çayından çıxarılıb.

Xatırladaq ki, Sudanda etiraz aksiyaları fasiləsiz olaraq iyunun 4-dən keçirilir.

2019-cu il aprelin 11-də Sudanda hakimiyyət çevirilişi olub. Ölkə prezident Ömər əl-Bəşir istefa verib və Ali Hərbi Şura tərəfindən tutulub. Şura iki illik keçid dövrü və 3 aylıq Fövqəladə Vəziyyət rejimi elan edib. General Əbdülfəttah əl-Burxan Ali hərbi şuranın başçısı kimi and içib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir