Bu ay bərəkət və müjdələrlə dolu bir aydır – Ramazanın 22-ci gününün duası

Ramazan ayında edilən xeyir və ibadətlərə qat-qat artıq savab verildiyi üçün adi günlər kimi keçirməməliyik. Bu ayda daha çox zikr, şükür, təfəkkür, ibadət, xeyir və saleh əməllərlə məşğul olmağa çalışmalıyıq. Mübarək Ramazan ayı, bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır.

Oxuyaq.az xəbər verir ki, bu gün Ramazanın 22-ci günüdür.

Bu günün duası belədir:

“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin”.

Tərcüməsi:

“İlahi, bu gün fəzilət qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

 

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir