Pendirin möcüzəvi faydası məlum oldu

Albert Universitetinin əməkdaşları pendirin inanılmaz faydasını üzə çıxarıb.

 

Məlum olub ki, bu məhsul qanda şəkərin miqdarını tənzimləyir, həmişə normal saxlayır. Oxuyaq.az xəbər verir ki, pendir insulinə müqaviməti aşağı salır. Bununla bağlı “Rossiyskaya qazeta” material dərc edib.

Gəmiricilərlə eksperiment aparılıb. Onları üç qrupa bölüblər. Gəmiriciləri salo, aşağı və adi yağlılığı olan pendirlərlə qidalandırıblar. Eksperiment göstərib ki, pendir yeyəndən sonra onların qanda şəkəri qaydasında olub. Yəni yağlılığın dərəcəsinin əhəmiyyəti yoxdur. Yəqin ki, əsas rolu zülallar və kalsium oynayır. İnsulin müqavimətindən başqa, pendir yeyən gəmiricilərdə fosfolipid səviyyəsinin tez-tez dəyişməsi müşahidə olunub. Bu hüceyrə membranının əsas komponentidir. Fosfolipidlər insan həyatı üçün lazım olan fosfor turşusu mənbəyi sayılır. Həm də yağların, yağ turşularının və xolesterolun nəqlində iştirak edirlər.

Alimlərin fikrincə, fosfolipidlərin aşağı səviyyədə dövr etməsi şəkər və insulin müqavimətinin artmasına səbəb olur. Onların səviyyəsi salo yeyən gəmiricilərdə pendirlə qidalananlara nisbətən daha az nəzərə çarpıb.

 

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir