Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı

 

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.

Oxuyaq.az-ın ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir