Magistr olmaq istəyənlər çox yararlanacağı təqvim – Qeydiyyat və imtahan tarixləri

 

Dövlət İmtahan Mərkəzinin rəsmi saytında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tarixləri ilə yanaşı,magistratura imtahanlarının da təqvimi yerləşdirilib.

AzEdu.az DİM-in rəsmi saytına istinadən,ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına tələbə qəbulu üzrə təqvimi təqdim edir:

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 16 – 25 aprel;

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 1 – 3 may;

Proqram seçimi 26 aprel – 7 may;

İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20 – 25 may;

Qəbul imtahanı, 2-ci mərhələ 26 may;

68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 29 – 31 may;

İxtisaslaşma seçimi 7 – 18 iyun;

Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 27 iyun – 10 iyul;

Boş qalan yerlərə ixtisas seçimi 23 – 30 iyul;

Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 15 – 23 avqust.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanlarının I mərhələsi 24 fevralda keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir