Cəmi iki həftə öncə çapdan çıxmış “Əsarət” artıq alınıb qurtardı – FOTO

 

Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun “Əsarət” adlı yeni kitabı mart ayının 26-da işıq üzü görməsinə baxmayaraq, kitabın ilk nəşri artıq iki həftə ərzində alınaraq qurtarıb.

Milli.Az xəbər verir ki, elmi-populyar janrda yazılmış “Əsarət” “Tanrı – mif, yoxsa həqiqət” silsiləsindən olan ilk kitabdır. Oxucusunu öz baxış bucağını təhlil etməyə, xurafatın, yanlış düşüncənin, ictimai stiqmaların əsarətindən qurtarmağa dəvət edən bu əsər oxucular tərəfindən çox böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, yaxın günlərdə kitabın artıq ikinci nəşri də oxucuların ixtiyarına veriləcək.

Xatırladaq ki, 2 gün öncə paytaxtın böyük ticarət mərkəzlərinin birində “Əsarət” kitabının imza mərasimi təşkil olunub. Tanınmış ziyalıların və digər çoxsaylı oxucuların iştirak etdiyi mərasimdəki böyük izdiham yaşanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir