Ramil Usubovdan əmr – RƏİS İŞDƏN ÇIXARILDI

 

Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.

 

“Posta.az” xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb. Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir