Özbəkistanın “Sevimli” televiziya kanalı Qobustan Milli Tarix-Bədii Qoruğu haqqında videomaterial yayımlayıb

 

Özbəkistanın “Sevimli” televiziya kanalının “Zamon” proqramında Qobustan Milli Tarix-Bədii Qoruğu haqqında özbək dilində videomaterial verilib.

 

AZƏRTAC xəbər verir ki, videomaterial Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu yaxınlarda bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Televiziya kanalının müxbiri Dilnoza Saidova bildirir ki, qoruq Bakıdan 60 kilometr cənubda yerləşir və 537 hektar ərazini əhatə edir.

Qeyd edilir ki, qoruqda 6 mindən artıq qayaüstü təsvirlər olan daş var. Bu daşların üzərində qədim insanların həyatı və məişəti əks etdirilib.

Deyilir ki, burada muzey də fəaliyyət göstərir və hər gün qoruğa, muzeyə xeyli turist gəlir.

Vurğulanır ki, Qobustan Milli Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir