Alimlər yanlara doğru zəhər ata bilən ilan növü kəşf etdi

Stilet fəsilinə daxil olan yeni kəşf olunmuş ilan növü, digərlərindən fərqli olaraq ağzını açmadan ovunu zəhərləyə bilir.

Dünyada cürbəcür ilan növü vardır. Bunları bəziləri zəhərli, bəziləri isə zəhərsizdir. Zəhərsiz ilanlar öz ovunu boğaraq öldürə bilir, zəhərli ilanlardan ən qəribəsi isə stilet ilanlarıdır.

Stilet ilanlarının adının bıçaq adı ilə eyni olmasının səbəbi bu növlərin aqressiv olmasından qaynaqlanmır. Ağızlarının ətraflarında kəskin və pəncə formasında bir quruluş olan bu canlılar ovlarını bu nahiyədən çıxan zəhər vasitəsilə ovlayırlar.

Dr. Mark Oliver Roedel və komandasının Qərbi Afrikada tapdığı bu yeni ilan növünün elmi adı “Atractaspis branch”dir. Bu ad Cənubi Afrikalı ilanlar üzrə mütəxəssiz Uilyam Brençdən gəlir. Elmi komandanın paylaşdığı məqaləyə əsasən, bu ilan növü Liberiya və Cənub-Şərqi Qvineyada görülür.

Normalda elm adamları ilanları tutarkən barmaqları ilə ilanın başının arxasından tuturlar. Bunun səbəbi, bir çox ilan növünün ağzını açaraq hücum etməsidir. Bu ilanları isə həmin üzvlərə görə tutmaq mümkün deyil.

 

Onlara.de