Dünyada hər canlını Sevib mərhəmət etmək – Lalə Məhərrəmli

Ən kiçik birrəqəmli Natural ədədəm mən.

Sıra məndən başlayır Birinciyəm, birəm mən

Birinci vəzifəmiz Hər kəsə hörmət etmək

Dünyada hər canlını Sevib mərhəmət etmək.

Həm ikiyəm, həm cütəm.

Maraqlı adlarım var.

Güzgüyə bax görərsən

Neçə cüt orqanın var.

İki göz, iki yanaq

İki qaş, iki qulaq

Köməkdir bizə hər an İki əl, iki ayaq.

Cüt ədədlər tutubdur

Üçün sol və sağını.

Üç rəng qucaqlayıbdır

Vətənin bayrağını.

Nağıllarda yol gedir

Hər kəs üç gün, üç gecə.

Onlar bu qədər yola dözür bilmirəm necə.

Dörd ayaq masamızın

Həm dostu, həm dayağı.

Saxlamaz bizi stul

Olmasa dörd ayağı.

Bir otaqda dörd divar

Dörd künc olur bilirsən.

Əgər bir küncdə dursan.

Sən neçə künc görərsən?

Çox mehriban qonşuyam

Həm altıya, həm dördə.

Hamı bilir beş dənə barmaq olur bir əldə.

Əllərim isti olur

Qışda əlcək taxanda.

Hər barmağım bir palto geyinir qar yağanda.

Başım əyridir mənim, belim yumrudur mənim.

Beşdən sonra gəlirəm

Adım altıdır mənim.

Yeddi böyük qardaşım.

Məndən sonra o gəlir.

Bir barmaq ilə bir əl

Birləşib altı edir.

Belimin ortasına

Qəşəng kəmər taxmışam.

Bir həftə yeddi gündür.

Öz əlimlə saymışam.

Göy qurşağı çıxanda

Diqqətlə bax ona sən.

Yeddi rəng seçib onu

Mən özüm rəngləmişəm.

İki dairə birləşib

Dedilər ki tap bizi.

Yaxşı baxsan görərsən

Düzəltmişik səkkizi.

İki heyvan birləşib

Yan-yana gəzsə əgər

Ayaqlarının sayı

Birlikdə səkkiz edər.

On tut, sonra birin çıx.

Bax sayım budur mənim.

Səkkizdən sonra mənəm.

Adım doqquzdur mənim.

Tək ayağın üstündə

Rahat dayanıram mən.

Tərsinə çevirəndə

Gör neçə oluram mən?

Bir və sıfır dost olub

Yan-yana dayandılar.

Özləri də bilmədən

Çevrilib on oldular.

Əl çalanda on barmaq

Qucaqlaşıb görüşür.

Öyrəndim rəqəmləri

Mənə də alqış düşür.

 

Pedaqoq Lalə Məhərrəmli

Oxuyaq.az