DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!! – ŞİKAYƏT

Teref.az-ın poçtuna gələn şikayəti oxuculara təqdim edirik.

 

Şikayətçi yazır:
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, çox hörmətli tanınmış məmurlarımızdan birinin qardaşı oğlu- Paşazadə Himmət Cavanşir oğlunun tutduğu vəzifədən sui-istifadə etməklə xalqı dövlətdən narazı salması barədə hər gün əhalidən şikayətlər daxil olmaqdadır.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində 7-ci otaqda əyləşmiş Himmət Paşazadə Bakı şəhərində bir neçə DYP avtomobilinə himayədarlıq edərək, xüsusən Babək və Nobel prospektlərində, eləcə də “Megafun” istiqamətindən şəhərə doğru hərəkətdə olan avtomobillərə süni maneələr yaratmaqla, yəni qarşıda olan bir neçə tanışları olan şəxsi avtomobillə yolda hərəkəti ləngitməklə vətəndaşı sağdan ötmə edərək məcbur edirlər. Bu zaman, (99-YP-378, inspektorlar Nüsrət, Samir) sürücüləri saxlayaraq onları avtoxuliqanlıqla şərləyərək, cərimə meydançasına aparmaqla oyuna salırlar. Meydançada isə sürücülərə üzərində “7-ci otaq polis mayoru Paşazadə Himmət” yazılmış kiçik bir kağız parçasını təqdim etməklə həmin otağa gedərək işlərini həll edə biləcəklərini bildirirlər.
H.Paşazadənin qəbulunda olarkən, sürücü avtoxuliqanlıqla nahaqdan günahlandırılaraq, bu işin məhkəməyə gedəcəyini və orada 700-1000 azn-ə başa gələcəyini, yerində isə 500-600 manat ödəməklə işi bağlamağın mümkün olduğunu bildirirlər. Sürücülər qayda pozduqlarına görə hadisənin video görüntülərini tələb etsələr də H.Paşazadə görüntüləri təqdim etməkdən yayınır.
Söhbət zamanı, H.Paşazadə tələb etdiyi rüşvəti alarkən, heç kimdən çəkinmədiyini, qorxmadığını, öz rəislərinin belə xahişlərinə məhəl qoymadığını dönə-dönə vurğulayır.
Ümid edirik ki, Cənab Prezidentimizin müvafiq göstərişlərinə məhəl qoymadıqlarına görə, hörmətli aidiyyəti şəxslər Himmət Paşazadə və 378 dövlət nömrə nişanlı DYP avtomobilində birlikdə işləyən Samir və Nüsrət adlı inpsektorların polis adına ləkə gətirdiklərinə və tutduqları vəzifəyə layiq olmadıqlarına görə barələrində lazımı qərar qəbul edəcəklər.
Anar İsmayılov
Teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir