Şəmil Sadiq “Yuxu maşını” kitabına görə Rusiyada “İlin yazarı” seçildi

Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb.

 

“İlin ən yaxşı hekayəsi” nominasiyasına təqdim edilmişfantastik-qurğu janrında yazılan “Yuxu maşını”8 milyona yaxın əsər arasından seçilərək ilk pilləyə yüksələ bilib. Əsər Baş Münsiflərin tərtib etdiyi almanaxa salınıb və rusca çap edilib.

Yazıçı 21 mart 2019-cu ildə keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunub.

Qeyd edək ki, sözügedən nominasiya birliyin ən prestijli mükafatını alır və əsasən, Rusiyanın milli yazıçılarına verilir.

 

senet.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir