Analar hansı hallarda sosial müavinət ala bilərlər ?

Sosial müavinətlər (bundan sonra-müavinətlər) – “Sosial müavinətlər haqqında” Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Sosial müavinətin bir növü “beşdən çox uşağı olan qadınlara” ödənilən müavinətdir.

Beşdən çox uşağı olan qadınlara müavinət – beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda müavinət təyin edilir.

Müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ildə bir dəfədən az olmamaq şərtilə indeksləşdirilir.

Beşdən çox uşağı olan qadınlara müavinət — uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir.

Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) tərəfindən təyin edilir və ödənilir.

Müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. Bu xidmətin həyata keçirilməsi üçün heç bir dövlət rüsumu nəzərdə tutulmayıb.

Xidmətin həyata keçirilməsi üçün üçün tələb olunan sənədlər uşaqların doğum haqqında şəhadətnamələridir. Həmin sənədlərin surətini kağız formasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binalarına təqdim edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2018-ci il Fərmanına əsasən beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 33 (otuz üç) manat müəyyən edilib.

 

benefisiar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir