Səudiyyədə vəhhabilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 6 yaşlı uşaq dəfn edildi– FOTO+VİDEO

Səudiyyə Ərəbistanında 6 yaşlı uşaq anasının gözü önündə vəhşicəsinə qətlə yetirilib.

 

“İslaminSesi” əl-Aləmə istinadən xəbər verir ki, hadisə cümə axşamı Mədinə şəhəri istiqamətində baş verib.

Beləki altı yaşlı oğlu ilə Mədinəyə, Peyğəmbərin (s) mübarək məzarını ziyarət etmək üçün gedən ana taksiyə əyləşir. Qadın maşına əyləşəndə astadan bismillah, Peyğəmbərə (s) və Əhli-Beytə salavat deyir. Bunu eşidən sürücü qadından əsəbi halda  “sən Şiəsən?” deyə soruşur.

 

 

 

Qadın bəli deyə cavab verir. Biraz getdikdən sonra maşını qəfil saxlayan sürücü qadına tərəf hücüm şəkir və onu itələyib uşağı əlindən alır. Əlindəki şüşə parçası ilə uşağın boğazını kəsir.

Zəkəriyyə əl-Cabir adlı 6 yaşlı uşaq anasının gözü önündə təkfirçi vəhhabi tərəfindən boğazı kəsilərəq qətlə yetirilir.

 

 

 

Zəkəriyyənin əmisinin bildirdiyinə görə ana xəstəxanaya yerləşdirilib, o hadisənin dəhşətindən hələ özünə gəlməyib.

Uşağın ailəsi cinayətkarın eyni ilə edamını tələb edir, Səudiyyə polisi isə həmin vəhhabinin əqli xəstə olduğunu bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir