Dağıstanın Şamil rayonunun Assab kəndinin 10 yaşlı sakini Mahaçqala və Kaspiysk şəhərləri arasında yerləşən İsa peyğəmbər adına Ruhani-Maarifləndirmə Mərkəzinin tikintisinə öz dəstəyini verib.
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, Abducalil Maqomedov adlı bu məktəbli nəhəng məscid- kompleksin tikintisinə 11 min rubl bağışlayıb. Uşaq əvvəlcə bu pulları öz azrusunun həyata keçirilməsi üçün- yüksək sürətli velosiped toplayıb. Lakin müsəlman ibadətgahının tikintisi barədə xəbər tutduqdan sonra fikrini dəyişib. Abducalil 10 rublluq əskinasları pul daxılında saxlayıb.
Qeyd edək ki, Dağıstanda sözügedən məscid-kompleksin tikintisi üç ildən artıqdır davam edir. Həmin dövrdə bir çox Dağıstan sakini məscidin tikintisinə sərmayə qoyub. Mərkəzdə məsciddən əlavə, məktəb, uşaq bağçası, kitabaxana və s. olacaq.