Bəzi qarışqalar yaralanan dostlarına ilkin tibbi yardım göstərirlər

Afrikada aparılan bir araşdırma ilk dəfə tibbi müdaxilə edən heyvan növünün kəşf edilməsinə səbəb olub. Hər zaman çalışqanlıqları ilə tanınan qarışqaların bir növü ilkin tibbi yardım mövzusunda da özlərini inkişaf etdirib. 
Afrikaya xas Matabele qarışqalarından söhbət gedir. Onlar bəzən termitlər tərəfindən hücuma məruz qalaraq ziyan görən növün üzvləridir. Keçən il aparılan araşdırmalarda Matabele qarışqalarının hücuma məruz qaldıqdan sonra yaşadıqları yeri dəyişdirdikləri üzə çıxmışdı. İkinci faktdan sonra isə bu növ qarışqaların digər növlərə görə daha çox inkişaf etdikləri məlum oldu.
Matabele qarışqalarının və termitlərin döyüşdüyü əraziləri araşdıran mütəxəssis Erik Frank döyüş bitdikdən sonra qarışqaların bir-birini müalicə etməyə cəhd göstərdiyini müşahidə etdi. Döyüşdən sonra yuvalarına qayıdan qarışqalar yaralanan dostlarını sistematik formada yatırıb yaralanan hissəni 4 dəqiqə boyunca yalayaraq müalicə etməyə çalışırlar. Həmçinin yaralı ayaqları havada saxlayan qarışqaların bu əməliyyatı eynilə, həkimləri xatırladır. Bu ilkin tibbi yardım hadisəsi insanların etdikləri xaricində ilk tibbi yardım kimi tarixə düşdü. Frank və dostlarının bir jurnalda yayımladıqları məqalədə, ”Belə ilk yardım üsulunu ilk dəfə idi ki, görürdük. İnsan xaricində heç bir varlığın belə sistematik müalicə üsulunu həyata keçirəcəyi ağlımıza da gəlməzdi.”, yazılır.
Frank araşdırma aparmaq üçün laboratoriya mühiti hazırladı. İçində süni qarışqa yuvaları yerləşdirdiyi mühitə quraşdırılan mini kameralar hər bir hərəkəti diqqətlə izləyirdi. Qarışqaları izləməyə başlayan Frank maraqlı görüntülər əldə etdi. Yaralı dostu olduğunu siqnal verən qarışqa yaralı sayının ən az 2 qatı qədər sağlam qarışqa çağırırdı.
Təcrübi olaraq yaralanan və müdaxilə edilməyən qarışqaların 80%-i, ilkin tibbi yardım göstərilən qarışqaların isə cəmi 10%-i 24 saat ərzində həyatını itirirdi. Bu böyük uğur demək idi. Daha sonra, yaralı qarışqaları steril mühitə daşıyan təcrübə komandası qarışqaların yenə də ölmədiklərini müşahidə etdi. Yəni, ölüm səbəbi infeksiya ola bilərdi və qarışqaların bu yalama prosesi ilə etdikləri ilkin tibbi yardım yaranın infeksiyaya yoluxmamasını təmin edirdi.
Heyvanların çoxu yaralarını müalicə etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Lakin öz növündən olan başqa bir canlını müalicə etdikləri çox nadir hallarda rast gəlinən hadisədir. Bu qarışqaların etdiyi sistematik və işə yarayan ilk yardım isə tarixdə ilkdir.
elmazerbaycan.com