Sosial şəbəkələr üzərimizdə bilmədiyimzi hansı təsirləri yaradır?

Sosial şəbəkələrin bizim mənəvi sağlamlığımıza göstərdiyi 6 təsir

 

Səhiyyə mütəxəssisləri oturmağın siqaret çəkməyə bərabər olduğunu deməyi sevirlər. Oturmaqla əlaqəli xəstəliklərin və il ərzində öldürdüyü insanların sayını nəzərə alanda, onun sağlamlıq üçün ən bərbad şeylərdən biri olduğu məlum olur. Oturduğumuz anlarda əksər vaxt elədiyimiz pis şeylərdən biri nədir: bir neçə dəqiqə boş vaxtımız olanda (bəziləri üçün bu saatlar da ola bilər), biz huşsuzca sosial şəbəkədəki səhifəmizi yuxarı aşağı fırlatmağa başlayırıq. Və bunu bizim yəqin hamımız bilirik və tədqiqatlar da göstərir ki, bu, kollektiv psixologiyaya görə, heç də yaxşı vərdiş deyil.

Amerika Pediatrlar Akademiyası kiber-zorakılıq və “Facebook depressiyası” daxil olmaqla, sosial medianın uşaqlar və yeniyetmələr üzərindəki potensial mənfi təsirləri barədə xəbərlarlıq edib. Eyni şey müxtəlif nəsillərdən olan yetkinlər üçün də keçərli ola bilər. Aşağıda biz sizə sosial şəbəkələrin insanın sağlamlığı üçün o qədər də yaxşı olmadığını, hətta bəzi hallarda olduqca zərərli ola biləcəyini göstərən tədqiqatlar barədə qısa bir material hazırlamışıq.

Asılılıq yaradır

Tədqiqatçılar internet və sosial şəbəkə asılılığının nə qədər real olması barəsində yekun qərara gələ bilməyiblər, amma onların asılılıq yaratması barədə bəzi tutarlı sübutlar var. Nottingem Trend Universitetinin araşdırma layihəsi psixoloji xüsusiyyətlər, şəxsiyyət və media istifadəsi sahəsindəki keçmiş tədqiqatlara nəzər salıb. Müəlliflərin iddia etdiyinə görə, “Xüsusilə Facebook Asılılığı Pozuntusu barədə danışmaq daha məqsədəuyğundur”… çünki sosial şəbəkələrə hədsiz aludə olan insanlarda şəxsi həyata etinasızlıq, mənəvi təlaş, qaçış, ovqat dəyişiklikləri və asılılıq davranışının gizlədilməsi kimi hallar yaşanır”. (Onlar həmçinin aşkarlayıblar ki, insanların sosial şəbəkələrdən hədsiz çox istifadə motivləri müəyyən xüsusiyyətlərdən asılı olaraq dəyişir – narsist meyilli insanlarda necədirsə, introvert və eksravertlər də ondan müxtəlif məqsədlər üçün istifadə edirlər. Amma hərəsi özünə xas şəkildə.)

Həsəd dövrü: Hamının xoşbəxt olduğu dövrdə necə həsəd aparmamaq olar?

Araşdırmalar göstərir ki, insanlarda özlərinə qapanmaq kimi meyillər yaranır: bir neçə il əvvəl Svonsi Universitetində aparılmış araşdırma nəticəsində istifadəni dayandıran (bura təkcə sosial şəbəkələr yox, bütövlükdə internet aid edilib) istifadəçilərin özlərinə qapanma kimi psixoloji simptomlar nümayiş etdirdikləri məlum olub. Bunun ardınca gələn bir digər araşdırma isə aşkarlayıb ki, istifadəni dayandıran şəxslərdə az da olsa, müəyyən miqdarda psixoloji təsirlər öz əksini göstərib. Tədqiqatın müəllifi Fil Rid belə deyir: “Bizə bir müddət əvvəldən digital vasitələrdən asılı olan insanların onları istifadə etməyi dayandıranda təşviş kimi hisslər keçirdikləri bəlli idi, amma biz indi bu psixiloji təsirlərin psixoloji dəyişikliklərlə müşayiət olunduğunu görürük”. Bunun sosial şəbəkə üçün keçərli olub-olmadığı hələlik məlum deyil, amma anektodlardakı sübutlar bunun doğru ola biləcəyini göstərir.

O qüssəni tətikləyir, xoşbəxtliyi azaldır

Biz nə qədər çox sosial şəbəkələrdən istifadə eləsək, bir o qədər xoşbəxt deyilmişik kimi görünürük. Bir neçə il əvvəl aparılan tədqiqat aşkarlamışdı ki,

Facebook andan ana dəyişən daha az xoşbəxtliyə və daha az həyat məmnuniyyətinə gətirib çıxarır

– insanlar gün ərzində Facebookdan nə qədər çox istifadə eləsələr, bu iki faktor özünü daha ciddi şəkildə göstərir. Müəlliflərin bildirdiyinə görə, bu, təkbaşına ediləcək digər sosial fəaliyyətlərdən fərqli olaraq, Facebook-un sosial izolyasiya duyğusunu yaratması faktı ilə bağlı ola bilər. “Üzdən baxanda, – müəlliflər yazır: Facebook insanlara daimi əlaqə üçün qiymətsiz bir imkan yaradır. Amma digər “oflayn” sosial şəbəkələrin əksər vaxt çox güclü şəkildə etdiyi və xoşbəxtlik hissini artıran dəstəkləyici əlaqələrindən fərqli olaraq, hazırkı tapıntılarda öz əksini tapdığı kimi, Facebook yetkinlər üçün bunun tamam əksi olan dağıdıcı xüsusiyyətlər də yarada bilər”.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Bir başqa tədqiqat faktiki olaraq sosial medianın əsasən sosial izolyasiya ilə bağlı duyğularla əlaqəli olduğunu göstərib. Araşdırmanı aparan komanda insanların Facebook, Tvitter, Google+, YouTube, Linkedin, İnstagram, Pinterest, Tumblr, Vine, Snapchat və Reddit daxil olmaqla, 11 sosial şəbəkədəki istifadəsinə nəzər salıb və bunu onların özlərində fərq etdikləri “sosial izolyasiya” ilə tutuşdurub. Təəccüblü deyil ki, insanlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirsələr, özlərini bir o qədər sosial baxımdan təcrid olunmuş kimi hiss etdikləri ortaya çıxıb. Və sosial təcridin fərqində olmaq, bizim üçün həm mənəvi, həm də fiziki baxımdan ən pis şeylərdən biridir.

Özümüzü başqaları ilə müqayisə eləmək mənəvi baxımdan qeyri-sağlamdır

Facebookun insanları sosial baxımdan təcrid olunduqlarını hiss etdirməsinin səbəbi (onlar əslində olmaya da bilərlər) müəyyən qədər müqayisə faktoru ilə bağlıdır.

Biz statuslara göz atarkən və özümüzü başqalarıyla müqayisələndirib özümüzü necə göründüyümüzlə bağlı mühakimə edərkən tələyə düşürük.

Bir araşdırma bizim özümüzü başqalarının postlarıyla “yuxarı” və “aşağı” istiqamətdə (dostlarımızla müqayisədə yaxşı və ya pis olduğumuz hissi) necə müqayisə etdiyimizi araşdırıb. Məlum olub ki, hər iki növ müqayisə insanların özlərini pis hiss etməsinə səbəb olub və bu təəccüblüdür, çünki real həyatda yalnız yuxarı müqayisələr (başqa birisinin səndən daha yaxşı olduğunu hiss etmək) insanları pis hiss etdirir. Lakin sosial şəbəkələrdə belə görünür, hər cür müqayisə depressiv simptomlarla əlaqəlidir.

Fəlsəfə oxumaq bizi nədən qoruyur?

Bu qısqanclığa – və çıxılmaz dairəyə gətirib çıxarır

Sosial şəbəkədə müqayisə faktorunun həsəd hissinə gətirib çıxarması heç kimə sirr deyil

– əksər insanlar başqalarının tropiklərdəki istirahətini və əla tərbiyə almış uşaqlarını görərkən həsəd hissinə qapıldıqlarını etiraf edirlər. Həmçinin tədqiqatlar da sosial şəbəkənin qısqanclığa səbəb olduğunu göstərib. Facebooku istifadə edərkən yaranan qısqanclıq və digər mənfi hissləri araşdıran bir araşdırmanın müəllifləri belə yazıblar:

“FB-da baş verən qısqanclıq hadisələrinin magnitudası heyratamizdir, bu, FB-nin genişmiqyaslı düşmənçilik doğuran hisslər ortaya çıxardığını sübut edir”.

Onlar bunun çıxılmaz dairəyə gətirib çıxara biləcəyini deyirlər:

qısqanclıq insanı özünün həyatını daha gözəl göstərmək üçün və özlərinin sonsuzadək başqalarında qısqanclıq doğuracaq postlar yazmasına və qısqanclığı yayğınlaşdırmasına səbəb ola bilər.

Facebook istifadəsində depresiyya və qısqanclıq arasındakı əlaqəni yoxlayan bir araşdırma göstərib ki, həsəd hissi Facebook-depressiya əlaqəsinin ortasında yer alır. Bu o deməkdir ki, həsəd hissinə nəzarət olunanda, Facebook o qədər də depressiv olmur. Ona görə də facebookdakı depressiyanı doğuran səbəb elə həsəd hissidir.

Yuval Noan Harari: Xoşbəxtliyə çatmağın mürəkkəb, ancaq ağıllı yolu

Biz onun faydalı olacağı barədə illuziyaya qapılırıq

Bizim təkrar-təkrar sosial şəbəkəyə qayıtmaq kimi qeyri-sağlam meyilimiz var, baxmayaraq ki, bu, bizə özümüzü yaxşı hiss etdirmir. Bu çox güman proqnozlaşdırma xətası kimi bilinən məfhumla əlaqədardır: narkotik kimi, biz onun bizə kömək edəcəyini düşünürük, amma əslində o bizə özümüzü pis hiss elətdirir, nəticə etibarilə də bizdə öz reaksiyamızın necə olacağını proqnozlaşdıra bilməmək kimi problem yaranır. Bir araşdırma insanların Facebook istifadə etdikdən sonra özlərini necə hiss etmələrinə və özlərini necə hiss edəcəklərini proqnozlaşdırmalarına həsr olunub. Bütün digər araşdırmalarda olduğu kimi bunda da insanlar digər sosial fəaliyyətlərə qatılanlardan fərqli olaraq, FB-dan istifadə edəndən sonra özlərini pis hiss ediblər. Amma bunun ardınca gələn eksperiment ortaya çıxarıb ki, ümumən insanlar istifadə edəndən sonra özlərini pis yox, yaxşı hiss etdiklərinə inanırlar. Bu isə əlbəttə ki, heç bir halda sübut (case) sayıla bilməz və daha çox aludəçiliyin başqa bir növünə bənzəyir.

Sosial şəbəkədə çoxlu doslarının olması sənin ünsiyyətcil olduğun mənasına gəlmir.

Bir neçə il əvvəl aparılan araşdırma zamanı bu qənaətə gəlinmişdi ki, sosial şəbəkədə çoxlu dostlarının olması sənin yaxşı sosial həyatının olması mənasına gəlmir – belə görünür ki, insanın beynində öhdəsindən gələ biləcəyi dostluqların müəyyən sayı var və bu dostluqları saxlamaq üçün həqiqi sosial qarşılıqlı əlaqəyə (virtual olmayan) ehtiyac duyulur. Ona görə də sənin Facebook-da olmaqla sosial olmağın işə yaramır. Tənhalıq sonsuz sayda sağlamlıq və mənəvi sağlamlıq problemləri ilə əlaqədar olduğundan (erkən ölüm də daxil olmaqla), gerçək sosial dəstəyə malik olmaq böyük əhəmiyyət kəsb edir. Virtual dostun real dostlar qədər müalicəvi təsiri yoxdur.

Elm deyir ki, dostluq belə qurulmalıdır

***

Bütün bunlar sosial şəbəkələrin faydasızlığı mənasına gəlmir – təbii ki, o bizi böyük məsafələrdə bir-birimizə birləşdirir və illərlə əlimizin çatmadığı insanlara çatmağa kömək edir. Amma sənin emosional yükdən xilas olmaq üçün vaxtının olduğu bir zamanda sosial mediaya cummaq böyük ehtimalla pis fikirdir. Tədqiqatlar göstərir ki, Facebooku kənara qoymaqla istirahət etmək sağlamlığa yaxşı təsir edir. Əgər sən özündə yetərincə cəsarət görürsənsə, qısa fasilə götürməyə çalış və baş verən prosesə diqqət et. Amma sən istənilən halda “istifadəni” dayandırmaq istəmirsənsə, onda bunu ifrata varmadan etməyə çalış.

 

bilge.az