Biz olmasaq Səudiyyə bir həftəyə fars dilində danışar – ABŞ senatoru

“Səudiyyə Ordusu döyüşə bilmir… Bizim idxal etdiyimiz neftin yalnız 9 faizini Səudiyyə öhdəsinə götürür. Bizdən çox onların bizə ehtiyacı var. Biz olmasaq Səudiyyə bir həftəyə fars dilində danışar”

Oxuyaq.az SalamNews-a istinadla xəbər verir ki, bunu ABŞ senatoru respublikaçı siyasətçi Lindsey Qraham deyib.

ABŞ senatoru FoxNews-a vediyi müsahibədə Səudiyyə-Amerika əlaqələrindən danışaraq, bu əlaqələrin strateji olduğunu bildirib. Lakin bu strateji əlaqələri qorumaq üçün Amerikanın hər şeyi ödəmək məcburiyyətində olmadığını bildirib.

L.Qraham bildirib ki, Kaşıkçı cinayəti və Yəmən müharibəsində məsuliyyət daşıyan Bin-Salmana və onun hakimiyyətdə qalmasına görə, ABŞ-ın bölgəni idarə etmə gücü zəifləyir.

Qeyd edək ki, bundan öncə Kaşıkçı cinayəti ilə bağlı CİA hesabatını dinləyəndən sonra adıçəkilən ABŞ senatoru Bin-Salmanı dağıdıcı alət və dəli adlandırmışdı.

CİA hesabatından sonra bir qrup senator və konqresmen Səudiyyə Ərəbistanına qarşı yeni qanun layihəsi qaldırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir