Meydanda tohid sualı

Cəməl döyüşündə Əli (ə) ilə Təlhə və Zübeyrin ordusu vuruşurdular. Bir kişi irəli gəlib dedi: “Tohid barəsində sual vermək istəyirəm”.
 Döyüşçülər ona etiraz edib dedilər ki, indi suaı vaxtı deyil. İmam (ə) bu etirazı eşidib buyurdu: “İşiniz olmasın! Qoyun yaxın gəlib soruşsun. Biz tohidin və Allahı tanımağın güclənməsi üçün cihad edirik”.
 O zaman sual verən yaxına gəlib dedi: “Allah vahiddir (təkdir), nə deməkdir?” İmam (ə) onun cavabında buyurdu: “Vahidin dörd mənası var. Onun iki mənası səhv, iki mənası düzdür. O səhv olan iki məna budur ki, biz deyək: Allah təkdir, yəni bir dənədir (sıfrın və ikinin arasında olan biri).
Yaxud deyək ki, cinsdən bir fərddir. Məsələn: Zeyd insandan fərddir”. Düz olan iki məna isə budur ki, deyək: ” Allah-Təal bütün kamallarra təkdir, yəni taysızdır. Yaxud deyək ki, o zehində və zehindən xaric bölünən deyil”.
 Həzrət Əlinin (ə) döyüş meydanında bu tohidi cavabı ilə o kişi həqiqi vahidin (təkliyin) nə olduğunu anladı.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir