Ürəkağrıdıcı səs

Bir şəxs Sincan məscidində (İraqda Mosul şəhərinin üç kilometrliyində yerləşir) müstəhəb əməlləri yerinə yetirmək üçün azan deyirdi. Onun səsi o dərəcədə xoşa gəlməz idi ki, dinləyicilər narahat olub ondan uzaqlaşırdılar. Məscidin nəzarətçisi adil və pak bir insan idi. İstəmirdi ki, ehtiramsızlıq edib onun qəlbinə dəysin. Bu səbəbdən onu çağırıb dedi: “Ey  cavan! Bu məscidin əvvəlki azan deyənləri var idi ki, hər birinə əmək haqqı beş dinar təyin etmişdim. Amma mən sənə on dinar verəcəyəm ki, bundan başqa yerə gedəsən”. Azan deyən məscidin  sahibi ilə razılığa gəldi. O, Sincan şəhərindən uzaqlaşıb başqa yerə getdi. Bu məcaranın üstündən bir müddət keçdi. Bir gün həmin azan deyən yoldan keçərkən o məscidin nəzarətçisini gördü və dedi: “Heyif ki, məni o məsciddən on dinarla başqa bir yerə göndərdin. Çünki getdiyim o yerdə də mənə iyirmi dinar verirlər ki, başqa yerə gedim. Amma mən qəbul etmirəm”.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir