Çətin bir gündə

Ərəbin fəsihlərindən olan Əbul-İna (283 miladi) tanınmamış bir paltarda İsfahana gəlmişdi. İsfahanlı uşaqlar bir-biri ilə dalaşırdılar və daş atırdılar. Qəfildən daşlardan biri onun başına dəydi və başını yaraladı. O, çox əsəbiləşmişdi. Əbul-İnanın həmin şəhərdə bir dostu var idi. Bütün günü axtarıb onu tapa bilmədi. Nəhayət işa namazından sonra onu tapdı. Evlərinə qonaq oldu. Aclıq ona güc gəlmişdi. Təsadüfən o gecə dostunun evində yeməyə bir şey yox idi. Dükanlar da bağlanmışdı. Gecəni sübhə qədər ac keçirdi. Sübh Mühəzzəb adlı vəzirin yanına getdi. Vəzir Soruşdu: “Bu şəhərə nə vaxt daxil olmusuz?” O, ayələrlə cavab verdi: “Biz nəhsliyi uzadılmış bir gündə onların üstünə çox soyuq bir kslək əsdirdik.” (Qəmər 19)
 Dedi: “Hansı saatda daxil oldun?” Cavab verdi:  “Çətin bir gündə.” (Tövbə 117)
 Mühəzzəb dedi: “Harda qaldın?” Cavab verdi: “Əkin bitməz bir vadidə.” (İbrahim 37)
 Mühəzzəb gülüb bu gözəl bəlağət və bəyanına görə ona çox sayda ehsan etdi.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir