Tez hazırlanan ət bulyonu

Zəruri ərzaqlar:
Ət-500 q
Kök-1 ədəd
Soğan-1 ədəd
Kərəvuz və ya cəfəri kökü-1 ədəd
Su-1,5-2 L
Əti sümükdən təmizləyin ətçəkən maşından keçirtmək. Sümükləri və ət farşının üzərinə soyuq su əlavə edib 20-30 dəqiqə saxlamaq, sonra suyu dəyişmədən qaynamağa qoymaq, eyni zamanda sərbəst şəkildə doğranmış tərəvəzləri əlavə etmək. Güclü odda qaynama həddinə çatdırmaq. Bulyon qaynayan kimi, qapağı qaldırıb kəfi yığmaq, sonra tədricən odu azaldaraq qaynamanın qarşısını almaq. Əmələ gələn kəfi yığıb, qaynamadan 20 dəqiqə sonra duz əlavə etmək.
 Bulyonu odun üstündən götürməzdən bir saat əvvək əvvəlcədən yuyulmuş və təmizlənmiş baş soğanı, kökü və kərəvizi əlavə etmək. Bulyomu daha ətirli və qızılı etmək üçün kərəvizin bir hissəsini yağsız qızardıb, duzlayıb, bulyona əlavə etmək. Bulyonun qaynama müddəti 1,5-3 saatdır.
Bulyonu soyudub, adi ət bulyonu kimi istifadə etmək. Qaynadılmış ətdən pirojki və ya zapekanka üçün içlik düzəltmək olar.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir