Misir piramidalarının tikilmə sirrini açıqlaya biləcək qalıqlar tapıldı

Misirdə Hatnubdakı arxeoloji araşdırmalar əsnasında piramidaların necə tikildiyini işıqlandıra biləcək bir sistemin qalıqları tapıldı.

Böyük Xeops Piramidasının tikildiyi dövrə aid olduğu düşünülən sistemin, nəhəng mərmər blokları dik bir enişdən daşımaq üçün istifadə edilmiş ola biləcəyi düşünülür.

İngilis və Fransız arxeoloqların bu kəşfi, piramidaların düşünüləndən çox daha sürətli tikilmiş ola biləcəyinə işarə edir.

Sistem çox sayda dirək çuxuru olan və iki yanında nərdivanlar olan mərkəzi bir enişdən meydana gəlir.

Arxeoloqlara görə bu sistemin varlığı, daş bloklarının süründürülərək deyil, bir çarx qurğusuyla yuxarıdan çəkilərək daşınmış ola biləcəyini göstərir.

Proyektin idarəçilərindən Liverpul Universiteti Misiroloqu Dr.Roland İnmark, “Guardian” qəzetinə verdiyi müsahibədə, “Kəşf etdiyimiz sistem, eyni anda çox sayda adamın qüvvət tətbiqinə icazə verir. Bu da blokları daha sürətli daşıya bilməniz mənasını verir” dedi.

Sentyabrda daş ocağında yazılar araşdırılarkən təsadüfən kəşf edilən sistemlə əlaqədar tapıntıların gələcəkdə bir elm jurnalında nümayiş olunacağı qeyd edilir.

 

Onlara.de

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir