Çərpələng – Uçurtma

Çinlilərin əlində sadə xalqın bütün kəşfləri bir hərbi silaha çevrilirdi. Nə qədər qəribə görünsə də, Çin çərpələngdən də orduda istifadə etmiş və tarixin ilk hava hücumunu bununla həyata keçirmişdir. Uçurtmalar 2400 ildir ki, Çin mədəniyyətinin bir parçasıdır. Eramızdan əvvəl IV əsrdə filosof Qonqsho Ban və sənətkar Mo Di birlikdə ilk uçurtmanı yaradıblar. Bu uçurtma bir quş formasında olub, küləyin təsiri ilə aşağı-yuxarı hərəkət edirmiş. Bu yeni icad tezliklə bütün Çinə yayılmışdır. Çinə yayılmışdır. Zaman keçdikcə uçurtma təkcə əyləncə vasitəsi olmaqdan çıxmışdır. Tilovunuz yoxdursa, uçurtma ilə balıq tuta bilərsiniz. Çinlilər sahildən çox uzaqdakı uçurtmaya qır taxaraq balıq tuturdular. Uçurtmalardan həm də orduda çox istifadə edirmişlər. Belə ki, Çin ordusu uçurtmalarla düşmənin üstünə bomba tökərək ilk hava hücumunu həyata keçiriblər. Eyni zamanda, çinlilər monqollara əsir düşmüş dustaqlara uçurtmalar vasitəsilə məlumat göndərmiş, onlara üsyan çıxararaq düşmən qərargahını ələ keçirmək barədə təlimatlar verirmişlər.

 

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir