Musiqi nə cür meydana çıxmışdır ?

Musiqi elə çoxdan yaranmışdır və insanın həyatı ilə elə sıx bağlıdır ki, onun əmələ gəlməsinin köklərini tapmaq, demək olar, qeyri-mümkündür. Musiqinin yaranması məsləsi ilə məşğul olan şəxslər (bu mövzuya aid çoxlu əsərlər yazılmışdır) ancaq fərziyələr irəli sürürlər. Bizim müasirlərimiz olan, ancaq ən aşağı inkişaf səviyyəsində duran xalqların müsiqisini öyrənən alimlərin çoxlu belə nəticəyə gəlmişlər ki, Avropanın musiqisi də həmin mərhələləri keçirməliymiş. Ən uzaq kontinentlərdə və ən qalın meşəliklərdə yaşayan, daha xalqların arasında da elələri tapılmaz ki, onların öz musiqi olmasın. Şübhəsiz, musiqi birdən-birə incəsənətə çevrilməmiş, bu funksiyanı xeyli sonralar əldə etmişdir. Musiqi, bilavəsitə əməklə yanaşı meydana gəlmiş, əmək prosesləri ilə əlaqədar olmuşdur. Sonralar o, dini mərasimlərə də keçmişdir. İlk, ən sadə “mahnılar” əmək mahnıları, sonra isə sehirli cadugərlik mahnıları olmuşdur. İlk musiqi alətləri müqəddəs hesab edilirdi və onlara qurbanlar verirdilər. Musiqi, mahnı və rəqs ayrılaz vəhdət təşkil edərək, günəşə və təbiət qüvvələrinə sitayişlə bağlı olan dini mərasimlərin bir hissəsi olmuşdur. İbtidai xalqların musiqisi bir çox əsrlər boyu həmin şəkildə ağır-ağır, lakin inadla inkişaf edib təkmilləşdir. Mahnı təkcə əməyə və təbiət qüvvələrinə pərəstişi deyil, insanın mürəkkəb hisslərini də tərənnüm etməyə başlayır. Mahnılar bir-birindən daha çox seçilməyə başlayırdı, onların yeni canları, məsələn, hərbi mahnılar, sevgi, matəm mahnıları və başqaları meydana çıxır. Yeni musiqi alətləri yaranır. Nəhayət, qədim Misir, Mesopotamiya, sonra isə Yunanıstan və Roma musiqisi incəsənətlərdən biri olur və gələcəkdə incəsənət kimi inkişaf etməyə başlayır.

 

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir