Barıt nə vaxt kəşf oldu ?

Odlu silahlar dünya savaş tarixində mühüm rol oynamışdır. Odlu silahların, yəni barıtın kəşf olunması həm müharibənin formasını dəyişdirmiş, həm də insan ölümlərinin sayını artırmışdır. Bu kəşfin müəllifləri isə çinlilərdir. 7-ci əsrdə Çin əlkimyaçısı Sun Sımyao tərəfindən ixtira edilmişdir. Sun Sımyao gümüş və şuranın qarışığını hazırlayıb oraya az miqdarda ağac kömürü əlavə etmişdir. Həmin qarışığı metal qabın içərisində qızdırdıqda güclü partlayış əmələ gəlmişdi. Sonralar Çin əlkimyaçılar təcrübə yolu ilə batırın tərkibini öyrəndilər, onun üç əsas komponentdən – kömür, gümüş və kalium şorasından ibarət olduğunu müəyyənləşdirdilər. Çinlilər əvvəllər barıtdan əyləncə və şənlik məqsədi ilə istifadə edirdilər. Sonradan bu qarışığın dağıdıcı xüsusiyyəti onun hərbi məqsədlər üçün istifadəsinə yol açdı. Çin döyüşçüləri qatran və mumla örtülmüş şarların içərisinə metal qırıntısı və barıt doldurub düşmən gələn keçidlərdə yerə basdırırdılar. Bəzən isə yanan fitillə birlikdə həmin şarları düşmən qoşununun içinə, gəmilərə, şəhər və qalanlara tullayırdılar. X əsrdə artıq belə şarları xüsusi qurğularmancanaqlar vasitəsilə atırdılar.

12- ci əsrdə çinlilərdən batırın tərkibini öyrənmiş Monqollar və Ərəblər döyüşlərdə ondan geniş istifadə edirdilər.

 

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir