Azərbaycanın “Bəşirov” metodu dünyada tətbiq olunur

“Bəşirov” metodu – Kənd təsərrüfatı heyvanlarının çoxalmasına, onların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. Bu metodun yaradıcısı akademik Eyyub Bəşirovdur. XX əsrin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox uğur gətirir. Eyyub Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30-45 dərəcə bucaq altında öz təbii yerində kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuledici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur.

 

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir